
NBA yarımfinal seriyasının 5-ci oyununda “Oklahoma” öz meydanında “Minnesota” ilə qarşılaşıb.
Sportnet.az xəbər verir ki, görüş meydan sahibi komandanın 124:94 (26:9, 39:23, 23:30, 36:32) hesablı qələbəsi ilə başa çatıb.
Matçın ən məhsuldar basketbolçusu “Oklahoma”nın lideri Şey Qilces-Aleksander olub. 27 yaşlı oyunçu 34 xal (7 ribaund, 8 məhsuldar ötürmə) toplayıb.
“Oklahoma” 4-1 hesabı ilə seriyanı qazanıb. Komanda finalda “İndiana” və “Niks” cütünün qalibi ilə üz-üzə gələcək. Bu seriyada hesab birincilərin xeyrinədir - 3:1.