Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa Gümüş Liqasında üçüncü oyununu keçirib.

 

Sportnet.az xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Lüksemburq voleybolçuları ilə üz-üzə gəlib.

Qarşılaşma qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan seçməsi daha öncə İsveçə 0:3 hesabı ilə uduzub, Gürcüstanı isə 3:0 məğlub edib.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu iyunun 14-də Rumıniyaya qarşı keçirəcək.