Azərbaycanın
qadın voleybolçulardan ibarət milli komandasında baş məşqçi dəyişikliyi
gerçəkləşib. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasının
rəsmisi Zöhrab Gözəlbəyli xəbər verib.
O, bildirib ki, baş məşqçi postu yenidən Faiq Qarayevə həvalə
olunub. Z.Gözəlbəylinin sözlərinə görə,F.Qarayev bu postda Aleksandr
Çervyakovu əvəzləyib: "Faiq Qarayev bu gün Bakıda ayağındanəməliyyat
olunub. Tam sağaldıqdan sonra vəzifəsinin icrasına başlayacaq. O, milli
komandanın sentyabrın sonu - oktyabrın əvvəllərində Hollandiya və Belçikada
keçiriləcək Avropa çempionatına hazırlayacaq".
Federasiya rəsmisi baş məşqçinin köməkçilərinin adlarına aydınlıq
gəlmədiyini söyləyib.
Qeyd edək ki, Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası "Bakı-2015" I Avropa Oyunlarında 3-cü yer uğrunda görüşdə Serbiyaya 2:3 hesabı ilə uduzaraq, medalsız qalıb.