Azərbaycan Basketbol Liqasında (ABL) XIII turun görüşləri keçirilib.
Sportnet.az-ın məlumatına görə, "A" və "B" qruplarında baş tutmuş oyunlarda aşağıdakı hesablar qeydə alınıb:
A qrupu
"Gəncə" - "Neftçi" (75:77)
"Sabah" - "Şəki" (112:65)
NTD - "Abşeron Lions" (93:100)
B qrupu
"Lənkəran" - "Naxçıvan" (75:106)
"Ordu" - "Sərhədçi" (98:82)
"Sumqayıt" - "Quba" (94:90)
Qeyd edək ki, 13 turdan sonra "A" qrupuna rəqiblərindən 1 oyun artıq keçirmiş "Abşeron Lions" klubu başçılıq edir. "B" qrupunda isə lider, məğlubiyyətsiz yoluna davam edən "Ordu" klubudur.
Azərbaycan Basketbol Liqasında (ABL) XIV turun oyunlarına 22 yanvarda start veriləcək. Əlavə olaraq XI turdan təxirə salınmış "Sabah" - "Neftçi" və NTD - "Gəncə" qarşılaşmaları müvafiq olaraq 28 və 29 yanvar tarixlərində oynanılacaq.













































































