Azərbaycan Basketbol Liqasında XIV turun görüşləri oynanılıb.
Sportnet.az xəbər verir ki, "A" və "B" qruplarında baş tutmuş oyunlarda aşağıdakı hesablar qeydə alınıb:
A qrupu
"Gəncə" - "Sabah" - 77:101
"Şəki" - NTD - 93:95
"Neftçi" - "Abşeron Lions" - 96:107
B qrupu
"Quba" - "Lənkəran" - 86:68
"Sərhədçi" - "Naxçıvan" - 57:65
"Ordu" - "Sumqayıt" - 96:100
Qeyd edək ki, 14 turdan sonra "A" qrupuna rəqiblərindən 1 oyun artıq keçirmiş "Abşeron Lions" klubu başçılıq edir. "B" qrupunda isə lider, çempionatda ilk dəfə məğlub olan "Ordu" klubudur. XV turun oyunlarına 29 yanvarda start veriləcək.

















































































