Azərbaycan voleyboluna ağır itki üz verib.
Sportnet.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim Fuad Ağayevin atası, Ümumittifaq dərəcəli hakim, SSRİ-nin ən yaxşı hakimlərindən biri olmuş, İttifaq çempionatlarını, daha sonra Azərbaycan çempionatlarını idarə etmiş hakim Rafiq Ağayev uzun sürən xəstəlikdən vəfat edib.
Azərbaycan Voleybol Federasiyasının kollektivi, voleybol ictimaiyyəti Rafiq Ağayevin vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaxınlarına səbir diləyir.
Allah rəhmət eləsin!

















































































