
O, Polşada 2:3 hesabı ilə uduzduqları ilk görüşdəki səhvləri təkrarlamadıqlarını və yüksək məhsuldarlıq nümayiş etdirdiklərini söyləyib: "Bu gün komandamız real gücünü ortaya qoydu. 3:0 hesabı ilə qalib gələcəyimizi gözləmirdim. Bu nəticəyə görə oyunçularıma təşəkkürümü bildirir, komandamı təbrik edir və növbəti mərhələdə uğurlar arzulayıram".
Qeyd edək ki, "Azəryol" bu qələbə sayəsində CEV Kubokunda Çağırış mərhələsinə vəsiqə qazanıb. Növbəti mərhələdə rəqib Çempionlar Liqasında qrup 3-cülərindən biri olacaq.