1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ceyran Əliyeva: "Komandamız sanki dayandı"
"Bu gün 3:1 hesabı ilə qalib gəldik. İlk iki setdə rahatlıqla qələbə qazandıq. Amma üçüncü hissədə öz səhvimizdən uduzduq”. Bunu Sportnet.az-a açıqlamasında voleybolçu qadınlardan ibarət "Azəryol” klubunun üzvü Ceyran Əliyeva CEV Kubokunun "Çelenc raundu"nda İtaliyanın "Novara" klubunu 3:1 hesabı ilə məğlub etdikləri ilk görüşdən sonra deyib.
Əliyeva üçüncü setdə uduzmalarını arxayınçılıqla əlaqələndirib: "5-6 xal irəlidəydik. Lakin yekunda uduzduq. Komanda sanki dayandı. Arxayınçılıqdan başqa səbəb ola bilməz. Bu mərhələdə zəif rəqib yoxdur. Hansısa rəqibə asanlıqla qalib gəlmək olmur. Üçüncü setdə uduzsaq da, yekunda istəyimizə çatdıq”.
”
Gənc voleybolçu səfərdə baş tutacaq cavab oyununda da söz açıb: "Rəqib azarkeşlər önündə oynamaq çətindir. Amma bu mərhələyə qədər gəlmişiksə, deməli, zəif deyilik. Çalışacağıq ki, səfər görüşündə də uğur qazanaq”.
Qeyd edək ki, "Novara" - "Azəryol" matçı fevralın 23-də keçiriləcək.