1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kapitan: "Cavab görüşündə "qızıl set"ə ümid edirik"
"İlk növbədə buradakı inanılmaz atmosferi qeyd edərdim. Meydan sahiblərinin fanatları möhtəşəm idilər və çox fəal dəstək verirdilər". Sportnet.az-ın məlumatına görə, bunu voleybolçu qadınlardan ibarət "Azəryol"un kapitanı Marin Apits Rusiyanın Krasnodar şəhərində "Dinamo"ya 0:3 hesabı ilə uduzduqları CEV Kubokunun ilk yarımfinal görüşündən sonra deyib.
29 yaşlı idmançı ilk setdə qalib gələ bilməmələrindən məyusluğunu gizlətməyib: "İnamla çıxış edirdik, amma nə isə çatmadı. İkinci setdə tamamilə darmadağın olduq. Üçüncü setdə isə şansımız vardı. Lakin yenə də seti xeyrimizə tamamlaya bilmədik".
Apitsin fikrincə, Krasnodar "Dinamo"su çox güclü və dünya səviyyəli oyunçulara malik komandadır: "Onlar ucaboy və cəlddirlər. Belə voleybolçulara qarşı oynamaq çətindir".
Bununla belə, kapitan cavab görüşündə də mübarizə aparacaqlarını vurğulayıb: "Hazırlaşacaq və ən yaxşı oyunumuzu sərgiləməyə çalışacağıq. Oyunu "qızıl set"ə daşıyacağımıza çox ümid edirəm".
Qeyd edək ki, finala yüksəlmək üçün "Azəryol" təkrar qarşılaşmada 3:0 və ya 3:1 hesabı ilə qalib gəlməli, "qızıl set"də isə üstün olmalıdır.