İtaliyalı reqbiçi Davide Vastanın dopinq-tesi müsbət nəticə verib. Sportnet.az-ın "fanpage.it"ə istinadən məlumatına görə, Vastanın orqanizmindən qadağan olunmuş 11 preparat izləri tapılıb.
O, ölkənin III Divizion klubunda çıxış edir. Dərmanların çoxu anabolik tiplidir: testosteron, metandrostenolon, nandrolon, mesterolon və s.
11 qadağan olunmuş preparatın qəbulu idmanda mütləq rekord sayılır.




































































