1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan millisinin üzvü ölümdən döndü
Mayın 1-də Bakının Hövsan qəsəbəsi yaxınlığında dənizdə baş vermiş faciəvi hadisədə ölümdən qurtulan şəxsin kimliyi üzə çıxıb. Sportnet.az-ın lent.az-a istinadən məlumatına görə, bir nəfərin dənizdə boğularaq öldüyü hadisə zamanı xilas olan digər şəxs 32 yaşlı Çervyakov Aleksey Aleksandr oğludur.
Aleksey Çervyakov peşəkar idmançıdır və Azərbaycanın kişilərdən ibarət voleybol yığmasının üzvüdür. Onun atası Aleksandr Çervyakov isə qadın voleybolçulardan ibarət ölkə yığmasının sabiq baş məşqçisidir. O, hazırda "Azəryol" voleybol klubunun idman direktorudur.
Hadisənin necə baş verməsinə gəlincə, A.Çervyakov həmin gün tanışı Namiq Nəzərovla birgə dənizə balıq ovuna çıxıb. Sahildən bir qədər aralıda qayıqda problem yaranıb və balıqçılar həyatlarına təhlükə yaranacağını görüblər. Bundan sonra onlar dənizə atılaraq üzə-üzə sahilə çıxmaq qərarına gəliblər. Lakin N.Nəzərov boğularaq ölüb, Aleksey isə çətinliklə sahilə çıxa bilib. O, sahilə çıxarkən şok vəziyyətində olub və dərhal xəstəxanaya yerləşdirilib.