Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin Slovakiya ilə keçiriləcək Avropa Liqasının final oyunlarının yeri və başlama saatı açıqlanıb. Sportnet.az-ın məlumatına görə, ilk görüş səfərdə keçiriləcək.
İyunun 30-da keçiriləcək qarşılaşma Nitra şəhərindəki idman sarayında olacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu serbiyalı Mirko Yankoviç və macarıstanlı Eva Tibor idarə edəcək.
Cavab görüşü isə iyulun 30-da Bakı İdman Sarayında baş tutacaq. İtaliyalı Giorgio Gnani və hollandiyalı Helena Geldofun idarə edəcəyi oyun saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Yunanıstanı (3:1, 3:1) məğlub edib.








































































