Gənclər və İdman Nazirliyi 2017-ci ildə basketbolla bağlı tədirlərə 300 min manata yaxın vəsait xərcləyib.
Sportnet.az xəbər verir ki, bu barədə "Report”a nazirliyin məbuat xidmətindən deyilib.
Bildirilir ki, il ərzində iki dəfə Azərbaycan çempionatı və birinciliklərinin zona və final oyunları keçirilib. Avropa birinciliyinə üç yaş qrupu üzrə (16, 18, 20) yığma komandalar tam heyətlə ezam olunublar.
Həmçinin, 18 yaşadək kişilərdən ibarət milli 2 dəfə Gürcüstanın açıq çempionatına, əsas yığma isə 2 dəfə Qırğızıstanın paytaxtı Bişkekə beynəlxalq turnirə ezam olunub.
İl ərzində 20 yaşadək kişilərdən ibarət yığmanın Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışı və yoldaşlıq oyunları keçirməsinə şərait yaradılıb. 3x3 basketbol yığmasının isə Özbəkistanın paytaxtı Daşkəndə səfər etməsinə köməklik göstərilib.