1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz "Neftçi"nin qaldığı oteli seçdi
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının hazırlıq prosesinə aprelin ikinci yarısında başlayacaq.
Azərbaycan Voleybol Federasiyasından Sportnet.az verilən məlumata görə, yığma təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə üz tutacaq. Aralıq dənizinin sahilində məskunlaşacaq millinin qalacağı məkanı da artıq məlumdur. Bu, Boğazaq bələdiyyəsində yerləşən "Alva Donna Exclusive Hotel & Spa”dır.
Qış fasiləsində "Neftçi” futbol komandası öz təlim-məşq toplanışı üçün də məhz bu oteli seçmişdi.
Qeyd edək ki, dünya çempionatı 29 sentyabr – 20 oktyabrda Yaponiyada keçiriləcək. Azərbaycan millisi ABŞ, Rusiya, Cənubi Koreya, Tailand, eləcə də Trinidad və Tobaqo yığmaları ilə birgə C qrupunda yer alıb.