
Məşhur basketbolçunun ayağı qırıldı
Milli Basketbol Assoasiyasının müntəzəm çempionatında "Los Anceles Leykers”lə "Hyuston Rakets” arasındakı oyun zamanı bədbəxt hadisə baş verib. Sportnet.az-ın məlumatına görə maçda "Hyuston”un basketbolçusu Culius Rendlın sağ ayağı qırılıb.
Rendlın arenalardan nə qədər uzaq qalacağı həkimlərin tam müayinəsindən sonra bilinəcək.
Qeyd edək ki, bu maçda "Hyuston” rəqibinə 108:90 hesabı ilə qalib gəlib.







































































