Azərbaycan millisinin basketbolçusu Cordan Devis klubunu dəyişib.
Sportnet.az-ın məlumatına görə, 22 yaşlı idmançı İspaniya "Baksi Manreza"sından Almaniyanın "Rasta Vexta" komandasına keçib. Onunla mövsümün sonunadək müqavilə bağlanılıb.
Devis Çempionlar Liqasında "Manreza"nın heyətində 5 oyuna orta hesabla 8,6 xal, 4,4 rebraun və 2,2 assist müəllifi olub. Onun yeni klubu da ən nüfuzlu klub turnirində mübarizə aparır. Azərbaycan pasportuna malik basketbolçu İspaniya Liqasında meydana müntəzəm çıxa bilməyib. Bu, əcnəbilərə qoyulan limitlə əlaqədar olub.