"Azerreyl" klubunun iki voleybolçusu Rusiyada qalıb.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Famil Ağayev məlumat verib.
Mütəxəssis Anastasiya Mertsalova və Valeriya Kondratyevanın qonşu ölkədə olduğunu söyləyib. Ağayev yeni mövsüm üçün heyətlərinə qatdıqları digər oyunçuların da və sərhədlərin bağlı olması səbəbindən hələ Azərbaycana gələ bilmədiklərini vurğulayıb.
Qeyd edək ki, "Azerreyl" ötən mövsüm də komandada oynamış Anastasiya Mertsalova və Valeriya Kondratyeva ilə müqavilənin müddətini uzadıb.