Rusiyanın MOİK klubunun 17 yaşlı basketbolçusu Ruslan Qaqloyev məşq zamanı dünyasını dəyişib. Sportnet.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.
Klubun mətbuat xidmətindən bildirilib ki, məşq zamanı Ruslan huşunu itirib. Komanda yoldaşları onu tibbi yoxlanış otağına aparıblar. Təcili yardım maşını gələnə kimi klubun həkimləri müdaxilə ediblər. Lakin gənc idmançını xilas etmək mümkün olmayıb.