Qadın voleybolçular arasında Bahar Kubokuna yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, 3-cü yer uğrunda oyunda "Azərreyl" və UNEC komandaları üz-üzə gəliblər. Meydandan 3:0 (25:20, 25:14, 25:16) hesablı qələbə ilə ayrılan "Azerreyl" bürünc medallara sahib çıxıb.
Final matçında isə "Abşeron" və "Murov" kollektivləri münasibətlərinə aydınlıq gətiriblər. Rəqibini 3:0 (25:23, 25:18, 25:18) hesabı ilə məğlub edən "Abşeron" Bahar Kubokunun qalibi olub.
Qeyd edək ki, turnirin bütün oyunları Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.