Basketbol üzrə Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, A qrupunda yer alan yığma I turda ev sahibləri ilə qarşılaşıb. Görüş Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektivin 71:73 hesablı məğlubiyyəti ilə başa çatıb.
Yığma növbəti matçında iyunun 29-da Andorra ilə üz-üzə gələcək.
Kiçik ölkələrin Avropa çempionatı
A qrupu, I tur
20:30. Azərbaycan - Malta - 71:73
Qeyd edək ki, digər qrupda San-Marino, Ermənistan və Cəbəllütariq komandaları mübarizə aparacaqlar.
---------------------
Basketbol üzrə Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında bu gün ilk oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, A qrupunda yer alan yığma I turda ev sahibləri ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektiv növbəti matçında iyunun 29-da Andorra ilə üz-üzə gələcək.
Kiçik ölkələrin Avropa çempionatı
A qrupu, I tur
20:00. Azərbaycan - Malta
Qeyd edək ki, digər qrupda San-Marino, Ermənistan və Cəbəllütariq komandaları mübarizə aparacaqlar.