Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizə başlayıb.
Sportnet.az-ın məlumatına görə, B qrupunda yer alan yığma ilk görüşündə Seneqal seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma Eldar Yusubovun baş məşqçi olduğu komandanın 3:0 (7:25, 6:25, 10:25) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, B qrupunda Kamerun və Əfqanıstan yığmaları da mübarizə aparır. Azərbaycan millisinin növbəti matçını avqustun 10-da Əfqanıstana qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.