Məşhur amerikalı tennisçi Serena Vilyams karyerasını başa vurmağa hazırlaşır.
Sportnet.az-ın məlumatına görə, 41 yaşlı idmançı bu barədə "Eurosport"a açıqlamasında bildirib.
Təcrübəli raketka ustası yaxınlarda təqaüdə çıxacağına eyham vurub: "Düşünürəm ki, tunelin sonunda artıq işıq var. İşığa yaxınlaşıram. O işığa çatmaq üçün səbirsizlənirəm. İşıq dedikdə nəyi nəzərdə tuturam? Azadlıq. Oynamağı xoşlayıram, sadəcə, heyrətamizdir. Ancaq mən bunu əbədi edə bilmərəm".
Qeyd edək ki, Serena Vilyams Torontoda keçirilən WTA turnirinin ilk raundunda ispaniyalı Nuriyu Parrizas-Diası məğlub edib. Vilyams 23 dəfə Böyük Dəbilqə turnirlərinin qalibi olub.