Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban Rumıniya Super Kubokunu qazanıb.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı oyunçu buna "CSM Lugoj" klubu ilə nail olub.
Komanda final matçında "CSO Voluntari"ni 3:0 (25:21, 25:23, 25:22) hesabı ilə üstələyib.
Qeyd edək ki, Yelizaveta Ruban hazırkı klubunda ilk dəfə titul əldə edib.