
Azərbaycan Basketbol Liqasında V tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun son oyununda "Sərhədçi PİK" və "AAAF Xırdalan BK" komandaları üz-üzə gəliblər.
Son topa qədər davam edən gərgin mübarizənin sonunda Xırdalan basketbolçuları 83-82 hesablı qələbə qazanıblar.
Qarşılaşmanın ən məhsuldar basketbolçuları "Sərhədçi PİK"dən Brendon Miller (24 xal, 11 ribaund) və "AAAF Xırdalan BK"dan Endryu Korum (26 xal, 17 ribaund) olub.
Qeyd edək ki, VI turun oyunları noyabrın 16-sı, 19-u və 20-si keçiriləcək.