Azərbaycanın kişi voleybolçulardan ibarət "Murov" komandası Çağırış Kubokunda mübarizəni dayandırıb.
Sportnet.az-ın məlumatına görə, 1/8 final mərhələsinin cavab matçında Niderland təmsilçisi "Orion"a iki set verən komanda turnirlə vidalaşıb.
İlk görüşdə rəqibinə 1:3 hesabı ilə məğlub olan ölkə çempionu hazırda davam edən qarşılaşmada geridönüş etsə belə, növbəti mərhələ şansını itirib.
"Murov" - "Orion" matçında ilk 3 setdən sonra hesab qonaqların xeyrinədir - 2:1.
Qeyd edək ki, bu gün qadınlardan ibarət "Azərreyl" komandası isə Almaniyada "VfB SUHL Thüringen"in müqavimətini qırmağa çalışacaq. Komanda ötən gün ilk oyunda 1:3 hesabı ilə yenilib. Tərəflər arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, görüşlər Almaniyada baş tutur.