
Azərbaycan Basketbol Liqasında XVII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, “Gəncə” ilə “AAAF Xırdalan” komandaları üz-üzə gəliblər.
Gəncə Olimpiya İdman Kompleksində baş tutan qarşılaşmada meydan sahibləri yeni transferlərinin uğurlu çıxışı sayəsində rəqibi üzərində 92:78 hesablı qələbə qazanıblar.
Ən məhsuldar basketbolçular “Gəncə”dən Cordan Endryus (24 xal, 10 ribaund), “AAAF Xırdalan”dan Endryu Korum (21 xal, 12 ribaund) olublar.