Voleybol üzrə kişilər arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların vaxtı dəqiqləşib.
Sportnet.az-ın məlumatına görə, ölkə çempionatında III dövrənin oyunları fevralın 14-də start götürəcək. Günün ilk qarşılaşması saat 16:00-da “Murov” və “Neftçi” komandaları arasında olacaq.
Daha sonra “Xarı bülbül” və MOİK kollektivləri meydana çıxacaqlar. Bu görüş isə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, VII turun matçları Voleybol Mərkəzində təşkil olunacaq.