
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında "Xarı bülbül" və MOİK komandaları arasında keçirilməli olan VII tur oyunu təxirə salınıb.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, buna hakimlərin oyuna çıxmaqdan imtina etməsi səbəb olub.
Turun açılış matçında isə "Murov" "Neftçi" ilə qarşılaşıb. Görüş birincilərin inamlı qələbəsi ilə başa çatıb - 3:0 (25:20, 25:19, 25:22).
Qeyd edək ki, turnir cədvəli 17 xalla "Murov" başçılıq edir. 9 xala malik "Xarı bülbül" ikinci, eyni xalı olan "Neftçi" üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.