Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Yelizaveta Ruban Rumıniya kubokunun qalibi olub.
Sportnet.az xəbər verir ki, bu mövsün Rumıniya çempionatında üçüncü olan "CSM Lugoj" klubu ölkə kubokuna da sahib çıxıb.
Kubokun finalında Rubanın şərəfini qoruduğu "CSM Lugoj" klubu "CSM Targoviste" ilə üz-üzə gəlib. Həlledici görüşdə rəqibinə 3:1 (25:16, 26:24, 22:25, 25:21) hesabı ilə qalib gələn "CSM Lugoj" Rumıniya kubokunu qazanıb.
Möhtəşəm oyunu ilə yadda qalan Ruban Yelizaveta Ruban həmçinin MVP seçilib.