
"Sabah” basketbol komandası FIBA Avropa Kubokunda müntəzəm çempionata vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçisi buna təsnifat mərhələsinin son oyununda Rumıniya klubu “Rapid”ə qalib gəlməklə nail olub - 90:71
"Sabah" qrup lideri kimi növbəti raunda yüksəlib.
Qeyd edək ki, Azərbaycan çempionu A qrupunun əvvəlki görüşlərində Niderland təmsilçisi “Donar”ı 75:72, Şimali Makedoniya klubu “Rabotniçki”ni isə 83:81 hesabı ilə məğlub edib.