Milli Basketbol Assosiyasiyasında (NBA) yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, seriyanın ilk görüşündə “Boston Seltiks” və “İndiana” komandaları üz-üzə gəlib. Əlavə vaxta gedən qarşılaşma Boston təmsilçisinin 133:128 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komandanın heyətində Ceyson Tatum 36 xal, 12 ribaund və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Komandalar arasında ikinci qarşılaşma mayın 23-də baş tutacaq.