Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol yığması Avropa çempionatında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, C divizionunda mübarizə aparan milli komanda A qrupunun sonuncu matçında Kiprlə üz-üzə gəlib. Görüş yığmamızın 68:45 hesablı qələbəsi ilə yekunlaşıb.
Daha əvvəl Ermənistan və Gürcüstan seçmələrinə qalib gələrək yarımfinala vəsiqəni təmin edən komandamız qrup mərhələsini məğlubiyyətsiz başa vurub.
Oğlanlardan ibarət komanda isə A qrupunda Malta ilə qarşılaşacaq. Görüşün start fiti bu gün Bakı vaxtı ilə saat 16:30-da səslənəcək. Tahir Baxşıyevin yetirmələri daha əvvəl ev sahibi Albaniyaya məğlub olub, Moldovaya isə qalib gəlib.
---------------------------------------
Bu gün Azərbaycanın 16 yaşadək oğlan və qızlardan ibarət yığmaları Avropa çempionatında növbəti oyunlarına çıxacaqlar.
Sportnet.az xəbər verir ki, C divizionunun A qrupunda mübarizə aparan qızlar üçüncü matçında Kiprlə üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.
Komandamız qrupda daha əvvəl Ermənistan və Gürcüstan seçmələrinə qalib gələrək yarımfinala vəsiqə təmin edib.
Oğlanlardan ibarət komanda isə A qrupunda Malta ilə qarşılaşacaq. Görüşün start fiti Bakı vaxtı ilə saat 16:30-da səslənəcək. Tahir Baxşıyevin yetirmələri daha əvvəl ev sahibi Albaniyaya məğlub olub, Moldovaya isə qalib gəlib.