
Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi Avropa Gümüş Liqasına hazırlıqlara start verib.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, komanda baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə bu gün GİN-in Voleybol Mərkəzində ilk məşqinə çıxıb.
Bakıda təşkil olunan məşqlərə yığmanın əsas heyət üzvləri ilə yanaşı, gənclər də cəlb olunublar.
Qeyd edək ki, Azərbaycan millisi Avropa Gümüş Liqasında ilk oyunlarını iyunun 6-da və 8-də İsveçdə keçirəcək. Rəqiblər meydan sahibi və Gürcüstan olacaq.
İkinci tur 13 - 15 iyunda Bakıda təşkil olunacaq. Milli komanda Lüksemburq və Macarıstan yığmaları ilə qarşılaşacaq. 20 - 22 iyunda Farer adalarında təşkil olunacaq son turda isə milli ev sahibi ilə yanaşı, Avstriya yığmasına qarşı oynayacaq.