
Dövlət qurumları arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Bakı Tennis Akademiyasında keçirilmiş final matçında Ədliyyə Nazirliyi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin komandasına qalib gəlib - 3:0.
Üçüncü yeri isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin komandasını penaltilər seriyasında 4:1 hesabı ilə yenən (əsas vaxt - 2:2) Daxili İşlər Nazirliyi tutub.
İlk 3 yeri tutanlar Su İdman Sarayında müvafiq olaraq, 1 illik, 6 aylıq və 3 aylıq premium abunəlik kartı qazanıblar. 4-cü yerin sahibi isə "Qarabağ"ın UEFA Çempionlar Liqasında keçirəcəyi ev oyununa skybox bileti əldə edib.
Mükafatları Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov təqdim edib.