
İspaniya Kral Futbol Federasiyası “Real Madrid”in futbolçusu Antonio Rüdigeri 6 oyunluq cəzalandırıb.
Sportnet.az xəbər verir ki, almaniyalı müdafiəçi “Barselona”ya 2:3 hesabı ilə uduzduqları İspaniya Kubokunun final oyununda texniki zonada olarkən hakimə buz atıb.
Daha sonra o, qırmızı vərəqəyə məhəl qoymayıb və referiyə yaxınlaşmağa cəhd edib.
Həmin oyunda qırmızı vərəqə alan “Real Madrid”in daha bir futbolçusu Lukas Vaskes iki oyunluq cəzalandırılıb. O, əvəzləndikdən sonra meydana çıxıb və hakimin qərarlarına etiraz edib.
Yarımmüdafiəçi Cud Bellingem isə final fitindən sonra hakimə qarşı kobud davranışa görə qırmızı vərəqə alımışdı. Federasiya ingiltərəli futbolçunun vərəqəsini ləğv edərək, onu cəzalandırmayıb.
Qeyd edək ki, dizindən əməliyyat olunduğu üçün mövsümün qalan hissəsində yaşıl meydanlardan kənarda qalacaq Antonio Rüdigerə 6 oyunluq cəza çox da təsir etməyəcək.