"Qarabağ"ın mətbuat katibi Anar Hacıyev UEFA Academy tərəfindən təşkil olunan "Strategic Communications Compact Course" proqramının 6-cı buraxılışında iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərinə yollanıb.
Sportnet.az xəbər verir ki, Hacıyev seçimlər əsasında bu imkanı qazandığını bildirib.
"Bu nüfuzlu və intensiv kurs UEFA-nın kommunikasiya sahəsindəki ən yüksək səviyyəli təlimlərindən biridir. Avropanın aparıcı futbol klublarının media və kommunikasiya rəhbərləri ilə birlikdə iştirak edəcəyim bu proqram, böhran zamanı kommunikasiya, strateji planlaşdırma və innovativ məzmun istehsalı üzrə biliklərin inkişafında önəmli rol oynayacaq", - deyən Hacıyev verdiyi dəstəyə görə klubuna təşəkkürünü bildirib.














































































