
Almaniyanın "Köln" klubu baş məşqçi Gerhard Ştruber və idman direktoru Kristian Kellerlə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, cari mövsümün sonuna qədər idman direktoru vəzifəsini Tomas Kessler, baş məşqçi postunu isə Fridhelm Funkel icra edəcək.
"Köln" II Bundesliqada mayın 3-də sonuncu pillədə qərarlaşan "Yan Regensburq"la görüşdə xal itirib - 1:1. Çempionatın başa çatmasına iki tur qalmış bu komanda 55 xalla ikinci pillədə qərarlaşıb. Lider "Hamburq"un 56 xalı var. Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" isə 45 xalla 10-cu pillədə qərarlaşıb.