
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldunun oğlu Ronaldu Junior ilk dəfə Portuqaliya millisinə dəvət alıb.
Sportnet.az Portuqaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, U-15 yığmasına çağırılan yeniyetmə futbolçu Xorvatiyada təşkil olunacaq beynəlxalq yarışda iştirak edə bilər.
Portuqaliya yığması turnirdə Yaponiya, Yunanıstan və İngiltərə ilə qarşılaşacaq.
Qeyd edək ki, 14 yaşlı futbolçu 2023-cü ildən “Əl-Nəsr”in akademiyasında məşq edir.