1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan klubu Krasnodarda ermənilərdən qorunacaq
"Mənə elə gəlir ki, Rusiyada azərbaycanlılar bizə dəstək verəcəklər. Artıq diaspora ilə də danışmışıq. İtaliya klubu ilə müqayisədə bu dəfə səfər görüşü çətin olmayacaq". Bunu Sportnet.az-a açıqlamasında qadın voleybolçulardan ibarət "Azəryol" klubunun baş məşqçisi Ziya Rəcəbov deyib.
CEV Kubokunun yarımfinal mərhələsində Rusiya "Dinamo"su (Krasnodar) ilə səfərdə keçiriləcək görüşdən danışan gənc mütəxəssis orada ermənilərin çoxluq təşkil etməsi və hər hansı bir insidentin baş verməməsi üçün təhlükəsizlik tədbirlərinin görüləcəyini deyib: "Diaspora ilə sıx əlaqəmiz var. Mənə bu barədə deyilib. Düzdür, Krasnodarda ermənilərin sayı azərbaycanlılardan bir qədər çoxdur. Lakin bu, ona dəlalət etmir ki, ermənilər oyun zamanı təxribat törətməlidir. Üstəlik, danışmışıq, bizim üçün mühafizə sistemi də qurulacaq".
Qeyd edək ki, "Dinamo" - "Azəryol" görüşü martın 8-də keçiriləcək.