1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanlı idmançı Dünya kubokunda 5-ci olub
Kolumbiyanın Kali şəhərində velosiped idmanının trek növü üzrə Dünya Kubokunun sonuncu, 3-cü mərhələsi davam edir. Sportnet.az-ın məlumatına görə, planetin 46 ölkəsindən olan idmançıların mübarizə apardığı yarışda Azərbaycan 2 velosipedçi - Olqa İsmayılova və Sergey Omelçenko ilə təmsil olunur.
İlk yarış günü azərbaycanlı idmançılar 2 növdə çıxış ediblər. Keyrində yarışan Sergey Omelçenkonun çıxışı istənilən kimi alınmasa da, 200 metr məsafəyə sprint yarışında mübarizə aparan Olqa İsmayılova uğurlu çıxışla yadda qalıb. 32 nəfər arasında yarışan qadın velosipedçi təsnifat mərhələsində 5-ci olub və 1/16 finala vəsiqə qazanıb. Yarışın bu mərhələsində Hollandiya, 1/8 finalda isə Rusiya nümayəndəsini mübarizədən kənarlaşdıran Olqa İsmayılova 1/4 finalda Honqkonq təmsilçisinə uduzub. 5-ci yer uğrunda yarışmalı olan O.İsmayılova Böyük Britaniyanın 2, Kubanın isə 1 velosipedçisini qabaqlamaqla Dünya Kubokunun 3-cü mərhələsini 5-ci pillədə bitirib.
Qeyd edək ki, Dünya Kubokunun 3 mərhələsinin yekununa əsasən, Olqa İsmayılova 200 metr məsafəyə sprint yarışlarında mübarizə aparmış 50 iştirakçı arasında 233 xalla 6-cı nəticə göstərib. İdmançının geridə qoyduğu velosipedçilər arasında almaniyalı Olimpiya çempionu Kristina Foqel də var. Bu isə Dünya Kuboku kimi məsul yarışda ilk dəfə çıxış edən Olqa İsmayılova üçün kifayət qədər yüksək nəticədir. Sergey Omelçenkoya gəlincə, o keyrin növündə 3 mərhələnin yekununda 50 nəfər arasında 124 xalla 16-cı olub.