1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
"Qalatasaray" da "qızıl dubl" etdi
Futbol üzrə Türkiyə kuboku uğrunda keçirilən yarışın finalında "Bursaspor” komandasını 3:2 hesabı ilə məğlub edən "Qalatasaray” bu titula 16-cı dəfə nail olub. Sportnet.az-ın məlumatına görə, oyunun 27-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Fernandao komandasını hesabda irəli çıxarıb – 0:1.
İlk hissənin sona çatmasına 5 dəqiqə qalmış Burak Yılmaz hesabı bərabərləşdirib. İkinci hissəyə sürətlə başlayan "Qalatasaray” 48-ci dəqiqədə Burak Yılmazın dubl etməsi ilə hesabda önə çıxıb – 2:1. "Bursaspor” 58-ci dəqiqədə Volkan Şenin qolu ilə hesabı bərabərləşdirsədə, komandanın bu sevinci uzun sürməyib. Belə ki, 2 dəqiqə sonra oyunda het-trik edən Burak Yılmaz "Qalatasaray”a kuboku qazandıran topu rəqib qapısından keçirib – 3:2.