
İspaniya La Liqasının XII turunda "Real Madrid"lə "Barselona" arasında "El-Klasiko" gerçəkləşib. Sportnet.az-ın məlumatına görə, Madriddəki Santyaqo Bernabeu" stadionunda keçirilmiş qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. 
İlk və son qolu Luis Suares (dəq. 11; 74) vurub. Qalan 2 qolun müəllifi isə Neymar (dəq. 39) və Andres İnyesta (dəq. 53) olub. 
"Barselona"nın heyətində Lionel Messi zədəsini yenicə sağaltdığı üçün start heyətdə yox, 56-cı dəqiqədə meydana daxil olub. "Real Madrid"dən isə Kriştianu Ronaldu gözlənilən oyunu sərgiləyə bilməyib. 
Bu qələbə sayəsində "Barselona" xallarını 30-a çatdıraraq, 2-ci pillədəki "Real Madrid"i 6 xal üstələyib. 
	
	  









                 





    
    
    
    
    
    
    
    
    






















































