
İtaliya A Seriyasının XIII turunda "Yuventus"la "Milan" komandaları üz-üzə gəlib. Sportnet.az-ın məlumatına görə, iki iddialı klubun 167-ci qarşılaşması meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. 
Yeganə qolu 67-ci dəqiqədə Paolo vurub. Bu qələbə sayəsində xallarını 21-ə çatdıran "Yuventus" 6-cı pilləyə yüksəlib. 20 xala malik "Milan" isə 7-ci pilləyə enib. 









                 





    
    
    
    
    
    
    
    






















































