
İspaniyanın "Real Madrid" klubunun və Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu balaca fanatı Haydarla görüşüb. Sportnet.az-ın məlumatına görə, görüş Madriddəki "Santyaqo Bernabeu" stadionunun iclas zalında baş tutub.
3 yaşlı livanlı uşaq görüşdən o qədər təsirlənib ki, göz yaşlarını da saxlaya bilməyib.
Qeyd edək ki, Haydar Mustafa noyabrda Beyrutdakı terror aktı nəticəsində valideynlərini itirib, özü isə möcüzə nəticəsində sağ qalıb.









































































