
FİFA referi Anar Salmanov Azərbaycan I
divizioununda anormal qərarı ilə diqqət mərkəzinə düşüb. Sportnet.az-ın
məlumatına görə, Salmanov "Turan Tovuz” – "Şahdağ” matçında meydan sahiblərinin
vurduğu qapı xəttinə yaxınlaşmayan topu qol kimi dəyərləndirib.
Həmin epizod Tovuz şəhər stadionunda baş tutan matçın 15-ci
dəqiqəsində yaşanıb. Həmin an beynəlxalq dərəcəli yan xətt hakimi Mehman
Mahmudovun da gözləri qarşısında baş verib. Top qapı xəttinə belə
yaxınlaşmadığı və "Şahdağ"ın futbolçusu sinəsini irəli verərək,
zərbəni dəf etdiyi halda, Salmanov mərkəzi göstərib. Qonaq komandanın
etirazlarına baxmayaraq, o, anormal qərarından dönməyib.
Qeyd edək ki, Anar Salmanov 2 mövsüm öncə "Qarabağ"la oyun zamanı "Neftçi"nin futbolçusuna qarşı cərimə meydançasından kənarda qayda pozuntusunu penalti kimi dəyərləndirib. Həmin qərarı üzündən o, Premyer Liqadan kənarlaşdırılıb.