Məhşur
futbolçu Dieqo Maradona Venesuelada keçirilmiş rəsmi tədbirdə yuxulayıb. Sportnet.az-ın
məlumatına görə, hadisə ölkə prezidenti Nikolas Maduronun çıxışı zamanı şərəf
tribunasında baş verib.
Keçmiş
futbolçu Yaykuço döyüşünün 190 illiyinə həsr olunmuş tədbirə dəvət edilib. Maradona
şərəf tribunasında yer alıb.
Maduro
nitqi zamanı 54 yaşlı idmançını üsyançı və inqilabçı adlandırıb: "Aramızda
həyatın digər sahələrində fenomen olan və meydanda inqilab edən biri əyləşib. Söhbət
Dieqo Maradonadan gedir”.
Lakin futbolçu bu sözləri eşitməyib. Arxa oturacaqdan biri onu silkələyəndən sonra Maradona ayılıb. Bundan sonra ayılan futbolçu hər kəsi salamlayıb.