"Peru”nun "Sport Aquila” klubunun
futbolçusunu oyun zamanı ildırım vurub. Sportnet.az-ın məlumatına görə, hadisə "Fuerza
Minera” komandasına qarşı kubok oyununda baş verib.
Matçın
ikinci hissəsinin əvvəlində yağış yağıb və şimşək çaxıb. Bu an ildırım "Sport
Aquila” komandasının futbolçusu Joao Kontrerası vurub.
Oyun
dayandırılıb və futbolçu xəstəxanaya aparılıb. Onun durumu ağırdır. Həkimlər
futbolçunun ayaqlarında 3-cü dərəcəli yanıq diaqnozu qoyublar.
İldırımın gücündən futbolçunun yaxınlığında olan hakim Abraham Loayza və futbolçu Julio Rios da xəsarət alıblar.