
İspaniyanın "Real Madrid” klubu İtaliyanın "İnter” klubunun hücumçusu Mauro İkardinin heyətinə qatmağı planlaşdırır.
Sportnet.az-ın məlumatına görə, Madrid klubu argentinalı hücumçunun transferi üçün 120 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, İkardi cari mövsümündə İtaliya çempionatında 17 qol vurub və bombardirlər siyahısına başçılıq edir.