Futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turuna yekun vurulub. Sportnet.az-ın məlumatına görə, turun son oyununda "Qəbələ" və "Rəvan" komandaları üz-üzə gəlib.
Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. İkinci hissədə hesabda geri düşən meydan sahibləri məğlubiyyətdən 5-ci uzatma dəqiqəsində qurtulub. Beləliklə, Qəbələ" ardıcıl 6-cı matçını qələbəsiz başa vurub. "Rəvan" isə ardıcıl 3-cü matçında məğlub olmayıb.
PREVYU
Bu qarşılaşma Avropa Liqasında növbəti mərhələ şansı qalmayan "qırmızı-qaralar"ın çempionluq yolunda mübarizəni davam etdirməsi baxımından xüsusi önəmə malikdir. Baş məşqçi Roman Qriqorçukun komandası 3 xal qazanacağı təqdirdə, turnir cədvəlinin ikinci pilləsinə yüksələcək və 32 xalla lider olan "Qarabağ"dan 6 xal geridə qalacaq. Heç-heçə isə "Qəbələ"ni 24 xala malik "İnter" və "Zirə" ilə şərik edəcək. Autsayderlikdən qurtulmaq istəyən "Rəvan" isə səfərdən 3 xalla dönərsə, ən yaxın qonşusu AZAL-la xal fərqini 1-ə endirəcək.
Bir məqamı da qeyd etmək lazımdır ki, "Rəvan" son iki tura 6 xal qazanıb. "Aslanlar" əvvəlcə "Neftçi"ni (3:2), ardınca isə "Zirə"ni (1:0) məğlub etməyi bacarıb. "Qəbələ" isə ötən 5 turu qələbəsiz başa vurub. Komandalar bugünədək 9 dəfə üz-üzə gəlib. Onların 6-da "Qəbələ", 2-də "Rəvan" qələbə qazanıb. Qalan 1 oyunda isə hər iki tərəf "sülh"ə razılaşıb. Cari mövsümdəki görüşdə əyalət təmsilçisi Bakıda rəqibini 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

PROTOKOL
Premyer Liqa, XIV tur
17:00. "Qəbələ" - "Rəvan" - 1:1
Qollar: Fakundo Pereyra, 90+5 - Tural Qürbətov, 66
"Qəbələ”: 22. Dmitri Bezotosni
4. Elvin Camalov
7. Ermin Zets
(32. Fakundo Pereyra, 64)
8. Məhəmməd Mirzəbəyov
9. Sergey Zenyov
19. Aleksey Qay (k)
21. Arif Daşdəmirov
44. Rafael Santos
69. Aleksey Antonov
70. Vaqif Cavadov
(66. Samir Zərgərov, 54)
87. Ruslan Abışov
(6. Rəşad Sadiqov, 80)Qollar: Fakundo Pereyra, 90+5 - Tural Qürbətov, 66
Sarı vərəqələr: Məhəmməd Mirzəbəyov, 17 (simulyasiya) - Elvin Əliyev, 34 (rəqibi tutduğuna görə); Kostyantin Maxnovski, 72 (qeyri-idman hərəkəti); Vüqar Bəybalayev, 78 (hakimin qərarına etiraz); Şeriff Suma, 82 (oyunun bərpasını uzatdığına görə); Saşa Yunisoğlu, 90+3 (oyunun bərpasını uzatdığına görə)
Ehtiyat oyunçular:1. Andrey Popoviç 3. Voislav Stankoviç 25. Qismət Alıyev 34. Ürfan Abbasov
Baş məşqçi: Roman Qriqorçuk
"Rəvan”: 32. Kostyantin Maxnovski 11. Şeriff Suma 19. Tural Qürbətov (15. Ceyhun Abdullayev, 85) 99. Nicat Muxtarov 17. Ramazan Abbasov (k) (55. Hüseyn Axundov, 90+1) 2. Ruslan Tağızadə 13. Cəmşid Məhərrəmov 6. Vüqar Bəybalayev 3. Saşa Yunisoğlu 4. Kənan Müslümov 14. Elvin Əliyev (21. Novruz Məmmədov, 52)
Ehtiyat oyunçular:1. Rəşad Əzizli 39. Əlibəy Məmmədli 91. Urfan İsmayılov 20. Kənan Manafov Baş məşqçi: Bəhmən Həsənov
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu, 1100 tamaşaçı
Qeyd edək ki, turun digər oyunlarında "Zirə" "Xəzər Lənkəran"ı, "Neftçi" "Qarabağ"ı 1:0, AZAL "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib, "İnter" isə səfərdə "Kəpəz"lə heç-heçə edib - 0:0.
OYUNU BURADAN İZLƏYƏ BİLƏRSİNİZ - Watch video! //
OYUNU BURADAN İZLƏYƏ BİLƏRSİNİZ - Watch video! //