
AFFA-nın liqalarında hakimlik edən Aytac Əhmədovanı futboldan kənarlaşdırıb.
Sportnet.az xəbər verir ki, səbəb kimi Əhmədovanın sənədləri saxtalaşdırması göstərilib.
İntizam Komitəsinin qərarında deyilir: "Aytac Yusif qızı Əhmədova sənədləri saxtalaşdırdığına görə 12 ay müddətinə futbolla əlaqədar bütün fəaliyyətdən məhrum edilsin".